Azərbaycan vətəndaşlarını qanunsuz olaraq sərhəddən keçirən iki rusiyalı məhkum olunub

Azərbaycan vətəndaşlarını qanunsuz olaraq sərhəddən keçirən iki rusiyalı məhkum olunub Zauralye sakinləri qeyri-leqal miqrantları traktorun çalovunda keçiriblər
Hadisə
10 Fevral , 2015 17:23
Azərbaycan vətəndaşlarını qanunsuz olaraq sərhəddən keçirən iki rusiyalı məhkum olunub

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyanın Pritobol Rayon Məhkəməsi Azərbaycan vətəndaşlarını sərhəddən qanunsuz keçirən iki Zauralye sakininə hökm oxuyub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, adları hələ açıqlanmayan iki Rusiya vətəndaşı qanunsuz miqrasiya təşkil etdiklərinə görə 2 il 3 ay və 4 il müddətinə azadlıqdan məhrum ediliblər. 

İstintaq materiallarına əsasən, cinayət fəaliyyəti nəticəsində gəlir əldə etmək istəyən "ortaqlar" Azərbaycan vətəndaşlarını müəyyən olunan buraxılış məntəqələrindən kənar yerdə, dövlət sərhədindən Qazaxıstan ərazisindən Rusiyaya keçiriblər. Miqrantların daşınması üçün onlar traktorun çalovundan istifadə ediblər. 

FTXİ əməkdaşları tərəfindən saxlanılan qanunsuz miqrantlar Rusiyadan deportasiya olunublar. 

Son xəbərlər

Orphus sistemi