Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 15:14-də Astaradan 18 km cənub-şərqdə Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3,4 olan zəlzələ 42 km dərinlikdə baş verib.