Azərbaycan Səhiyyə Nazirliyinə məxsus binada yanğın olub

Azərbaycan Səhiyyə Nazirliyinə məxsus binada yanğın olub Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
22 Dekabr , 2014 09:45
Azərbaycan Səhiyyə Nazirliyinə məxsus binada yanğın olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 640 kv.m olan birmərtəbəli Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzində yanğın baş verib. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Mərkəzin dəhlizinin tavanı 50 kv.m və mətbəxində əşyalar 10 kv.m sahədə (ümumi 60 kv.m) yanıb. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi