Azərbaycan ordusunun daha bir zabiti Neftçalada dəfn olunub

Azərbaycan ordusunun daha bir zabiti Neftçalada dəfn olunub Samit Gülağa cəbhədə düşmən təxribatının qarşısını alarkən şəhid olub
Hadisə
10 Aprel , 2016 00:40
Azərbaycan ordusunun daha bir zabiti Neftçalada dəfn olunub

Bakı. 9 Aprel. REPORT.AZ/ Təmas xəttində düşmən təxribatının qarşısını alan zaman şəhid olan Milli Ordumuzun zabiti, mayor Samit Gülağa oğlu İmanov Neftçala rayonunda torpağa tapşırılıb.

“Report” xəbər verir ki, Həsənabad qəsəbəsinin 35 yaşlı sakininin üçrəngli bayrağa bükülmüş cənazəsi aprelin 8-də doğulduğu torpağa gətirilib.

Zabit Samit İmanov aprelin 9-da şəhər qəbiristanlığında dəfn olunub. Mərasimdə 3 dəfə yayılım atəşi açılıb. Cənazəyə bükülmüş üçrəngli bayraq onun qardaşına təhvil verilib.

Dəfn mərasimində dövlət rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Ailəli olan şəhid zabitimiz Samit İmanovun özündən sonra 2 azyaşlı övladı qalıb.

Son xəbərlər

Orphus sistemi