​Azərbaycan Hakimlərin Seçki Komitəsinə sədr seçilib - FOTO

​Azərbaycan Hakimlərin Seçki Komitəsinə sədr seçilib - FOTO Seçki Komitəsinin ilk iclası keçirilib
Hadisə
21 May , 2015 13:45
​Azərbaycan Hakimlərin Seçki Komitəsinə sədr seçilib - FOTO

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə Şuranın aparatı, ədliyyə, prokurorluq, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas-alimlərdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin ilk iclası keçirilib. Bu barədə “Report”a MHŞ-dan məlumat verilib.

Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edib.

İclasda Hakimlərin Seçki Komitəsinin fəaliyyət göstərdiyi 10 il ərzində hakimliyə namizədlərin Avropada mövcud olan ən şəffaf və obyektiv qaydalarla seçimi və tədrisinin təşkili sahəsində yaradılmış müsbət təcrübə qeyd edilmiş, nüfuzlu hüquq təsisatları, o cümlədən Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Azərbaycanda hakimlərin seçimi prosesinin örnək kimi göstərilməsi, habelə Avropa Şurası və Avropa İttifaqı bu prosesi müsbət nümunə kimi digər üzv-dövlətlərə tövsiyə etməsi bildirilib.

Tədbirdə Prezident İlham Əliyevin Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin fəaliyyətinə yüksək diqqət və qayğı göstərərək Şuranın və Komitənin işində fərqlənmiş şəxsləri fəxri ad və yüksək dövlət təltiflərinə layiq bilməsi dərin minnətdarlıqla vurğulanıb, bunun böyük məsuliyyət hissi yaratdığı, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə daha fədakarlıqla çalışmağa ruhlandırdığı bildirilib.

İclasın ikinci hissəsində Hakimlərin Seçki Komitəsi təşkilati məsələlərə baxıb, Komitə üzvləri tərəfindən Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilib, hakimliyə namizədlərin seçimi ilə bağlı məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi