Azərbaycan gömrükçüləri 30 minə yaxın qanunsuz siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 30 minə yaxın qanunsuz siqaret aşkar edib “Samur” və “Xanoba” gömrük postlarında nəqliyyat vasitələrində nəzarətdən gizlədilən 29,6 min siqaret aşkar olunaraq götürülüb
Hadisə
26 İyul , 2016 14:12
Azərbaycan gömrükçüləri 30 minə yaxın qanunsuz siqaret aşkar edib

Bakı. 26 iyul. REPORT.AZ/ Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilməsi və realizə edilməsinin qarşısını alıblar. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Samur” Gömrük Postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlama zamanı avtomobildən 21 600 ədəd siqaret aşkar edilib.

Həmçinin, “Xanoba” Gömrük Postunda nəqliyyat vasitəsinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 8 000 ədəd siqaret aşkar olunaraq götürülüb.

Ümumilikdə, 29 600 ədəd siqaretin aşkar edildiyi hər iki fakt üzrə araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi