Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Respublikası ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.
"Report" AMEA-nın Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla gecə saat 02:44 radələrində Şamaxıda, Pirquludan 22 km. cənub-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı yerin 6 km. dərinliyində olub.