“Azəravtoyol” ASC-yə məxsus işıq plafonları oğurlanıb

“Azəravtoyol” ASC-yə məxsus işıq plafonları oğurlanıb Oğurluqda şübhəli bilinən şəxs tutulub
Hadisə
13 İyun , 2016 12:52
“Azəravtoyol” ASC-yə məxsus işıq plafonları oğurlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ “Azəravtoyol” ASC-yə məxsus işıq plafonlarını oğurlayan şəxs tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da “Azəravtoyol” ASC-yə məxsus 132 ədəd işıq plafonu oğurlayan Bakı şəhər sakini Eldəniz Quliyev tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi