“Azəravtoyol” ASC: Nardaranda sökülən obyektlər arasında mədrəsə yoxdur

“Azəravtoyol” ASC: Nardaranda sökülən obyektlər arasında mədrəsə yoxdur Anar Nəcəfli: “Hazırda Nəsrullah Əsgərov küçəsində abadlıq-quruculuq işləri davam etdirilir”
Hadisə
2 May , 2016 17:17
“Azəravtoyol” ASC: Nardaranda sökülən obyektlər arasında mədrəsə yoxdur

Bakı. 2 may. REPORT.AZ/ “Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Nəsrullah Əsgərov küçəsindəki yenidənqurma işləri ilə əlaqədar sökülən obyektlər sırasında mədrəsə binası yoxdur”.

Bunu "Report"a açıqlamasında “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, hazırda həmin küçədə abadlıq-quruculuq işləri davam etdirilir.

Qeyd edək ki, bəzi saytlarda Nardaranda mədrəsə binasının polis müşayiəti ilə söküldüyü barədə xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi