​Bəşir Süleymanlı azadlığa buraxılıb

​Bəşir Süleymanlı azadlığa buraxılıb Əfv sərəncamı Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub
Hadisə
19 Mart , 2015 12:06
​Bəşir Süleymanlı azadlığa buraxılıb

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

"Report"un xəbərinə görə, cəzaçəkmə müəssisəsindən bir neçə məhkum azadlığa buraxılıb. Onların arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı da var.

Xatırladaq ki, B.Süleymanlı 2014-cü ilin mayında Cinayət Məcəlləsinin 192.2.2, 213.1-ci maddəsi ilə ittiham olunaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.

Son xəbərlər

Orphus sistemi