​Azərbaycanda zorlamaya görə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb

​Azərbaycanda zorlamaya görə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb Ahmet Akkaş polis şöbəsinə təhvil verilib
Hadisə
12 Avqust , 2015 11:48
​Azərbaycanda zorlamaya görə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanda axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb. “Report”un xəbərinə görə, Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə axtarışda olan Türkiyə vətəndaşı, 45 yaşlı Ahmet Akkaş “Ford” markalı avtomobili ilə Qaradağ rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkldaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun Tovuz Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən axtarşa verildiyi məlum olub.

A.Akkaş polis şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi