Axtarışda olan Cəlilabad rayon sakini Bakıda tutulub

Axtarışda olan Cəlilabad rayon sakini Bakıda tutulub O, 3 ay bundan əvvəl bir nəfəri bıçaqlayıb
Hadisə
21 Sentyabr , 2016 12:01
Axtarışda olan Cəlilabad rayon sakini Bakıda tutulub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Axtarışda olan Cəlilabad rayon sakini Bakıda tutulub.

Bu barədə “Report” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Bakı şəhər sakini Fərid Ağamalıyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən və Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Cəlilabad rayon sakini Elnur Həsənov tutulub.

Son xəbərlər

Orphus sistemi