Axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda tutulub

Axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda tutulub Elsevər Əsgərov qəsdən adam öldürməkdə şübhəli bilinir
Hadisə
10 Sentyabr , 2015 12:08
Axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda tutulub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Qəsdən adam öldürdüyünə görə axtarşıda olan azərbaycanlı Qazaxıstanda tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi səhifəsində məlumat yer alıb. 

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Elsevər Əsgərov Qazaxıstanın Astana şəhərində tutularaq Azərbaycana gətirilib.

Son xəbərlər

Orphus sistemi