AXCP sədrinin müşavirinin məhkəməsində zərərçəkənlərdən biri ifadə verib

AXCP sədrinin müşavirinin məhkəməsində zərərçəkənlərdən biri ifadə verib Məhəmməd Qurbanov ifadəsində bildirib ki, Məmməd İbrahim onu döyməyib, amma söyüb
Hadisə
29 Yanvar , 2016 13:21
AXCP sədrinin müşavirinin məhkəməsində zərərçəkənlərdən biri ifadə verib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərdən biri olan Məhəmməd Qurbanov ifadə verib. M.Qurbanov bildirib ki, təqsirləndirilən şəxs onu döyməyib: "Amma məni söyüb".

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsiylə ittiham irəli sürülüb.

Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.

Son xəbərlər

Orphus sistemi