​AXCP Rəyasət Heyətinin üzvünün cəzası azaldılıb

​AXCP Rəyasət Heyətinin üzvünün cəzası azaldılıb Hakim onun cəzasını 1 il 6 ay azaldaraq 6 ilə endirib
Hadisə
4 May , 2016 13:48
​AXCP Rəyasət Heyətinin üzvünün cəzası azaldılıb

Bakı. 4 may. REPORT. AZ/ Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyəti üzvü Asif Yusiflinin kassasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, məhkəmə şikayəti qismən təmin edib və onun cəzasını 1 il 6 ay azaldaraq 6 ilə endirib.

Qeyd edək ki, Asif Yusifli 2014-cü ilin noyabrında həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, o, Fəridə Zülfüqarovanın 7700 manatının dələduzluq yolu ilə ələ keçirib. Faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini A.Yusifov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsi ilə ittiham olunub.

2015-ci il iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan A.Yusifli apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi