​AXCP Gənclər Komitəsinin üzvünün həbs müddəti azaldılıb

​AXCP Gənclər Komitəsinin üzvünün həbs müddəti azaldılıb Onun həbs müddəti 6 ildən 2 il 6 aya endirilib
Hadisə
22 İyun , 2016 17:30
​AXCP Gənclər Komitəsinin üzvünün həbs müddəti azaldılıb

Bakı. 22 iyun. REPORT.AZ/ Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin kasasasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, prosesə hakim İmran Hacıqayıbov sədrlik edib.

Məhkəmənin qərasına əsasən, E.Abdullayev təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsif olunub. Onun həbs müddəti 6 ildən 2 il 6 aya endirilib.

Qeyd edək ki, E.Abdullayev 2015-ci ilin yanvarında həbs edilib.

Son xəbərlər

Orphus sistemi