Avtomobilini başqa maşının dövlət qeydiyyat nişanı ilə idarə edən xanım sürücü saxlanılıb

Avtomobilini başqa maşının dövlət qeydiyyat nişanı ilə idarə edən xanım sürücü saxlanılıb Onun avtomobilinin üzərindəki dövlət qeydiyyat nişanları Bakı sakini Asif Məcidova məxsus “Moskviç-412” markalı avtomobilə aid olub
Hadisə
25 İyun , 2016 11:44
Avtomobilini başqa maşının dövlət qeydiyyat nişanı ilə idarə edən xanım sürücü saxlanılıb

Bakı. 25 iyun. REPORT.AZ/ Avtomobilini başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ilə idarə edən xanım sürücü saxlanılıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, iyunun 24-də Şəmkir rayonunun Seyfəli kəndində Goranboy rayon sakini Şəkər Namazova idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün həmin ərazidə xidmət aparan Baş Dövlət Yolis Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı Ş.Namazovanın təqdim etdiyi şəhadətnamənin və avtomobilin üzərindəki dövlət qeydiyyat nişanlarının Bakı şəhər sakini Asif Məcidova məxsus “Moskviç-412” markalı avtomobilə aid olması müəyyən edilib.

Ş.Namazova öz avtomobilinə aid dövlət qeydiyyat nişanlarını və şəhadətnaməni saxlanc yerindən çıxararaq təqdim edib.

Ş.Namazova saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi