Avtomobilin hasara çırpılması nəticəsində sürücü ölüb

Avtomobilin hasara çırpılması nəticəsində sürücü ölüb O, avtomobildə sıxılmış vəziyyətdə qalıb
Hadisə
13 Aprel , 2015 09:13
Avtomobilin hasara çırpılması nəticəsində sürücü ölüb

Bakı. 13 aprel. REPORT.AZ/ Kürdəmir şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi