Avtomobilin ağaca çırpılması nəticəsində 4 gənc yaralanıb

Avtomobilin ağaca çırpılması nəticəsində 4 gənc yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 İyul , 2015 12:31
Avtomobilin ağaca çırpılması nəticəsində 4 gənc yaralanıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bərdə rayonunda ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək iri gövdəli ağaca çırpılıb. Rayonun Həzi Aslanov küçəsində baş verən qəzada sürücü də daxil olmaqla avtomibildə olan 3 nəfər sərnişin xəsarət alıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər gənc "Təcili tibbi yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi