Bakıda avtomobil qaçıran sərxoş sürücü saxlanılıb

Bakıda avtomobil qaçıran sərxoş sürücü saxlanılıb Araşdırma aparılır
Hadisə
15 Dekabr , 2014 14:25
Bakıda avtomobil qaçıran sərxoş sürücü saxlanılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakıda avtomobil qaçıran sərxoş sürücü saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi qəsəbəsindən qəsəbə sakini Rasim Rüstəmova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Bakı Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini İxtiyar Əliyev saxlanılıb.  İ.Əliyev Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinə təhvil verilib. Araşdırma zamanı onun oğurluq edən zaman sərxoş vəziyyətdə olması müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi