Avtobusun qapısını açıq qoyub sərnişinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Avtobusun qapısını açıq qoyub sərnişinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb Məhkəmənin baxış iclası dekabrın 7-nə təyin edilib
Hadisə
30 Noyabr , 2015 16:09
Avtobusun qapısını açıq qoyub sərnişinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il avqustun 2-də Yasamal rayonu ərazisində baş verib. Yevlax rayon sakini Taleh Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "İsuzu" markalı avtobus hərəkətdə olarkən qabaq qapısı açıq olduğundan sərnişin, Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilən X.Sadıxova orada vəfat edib.

T.Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi