Atatürk hava limanında uçuşa hazırlaşan təyyarənin mühərriki partlayıb

Atatürk hava limanında uçuşa hazırlaşan təyyarənin mühərriki partlayıb Motorun parçaları ətrafa dağılıb, şassilər isə istifadə olunmaz vəziyyətə gəlib
Hadisə
9 Aprel , 2015 23:20
Atatürk hava limanında uçuşa hazırlaşan təyyarənin mühərriki partlayıb

Bakı. 9 aprel. REPORT.AZ/ Atatürk hava limanında uçuşa hazırlaşan İranın "Qeshm Air" şirkətinə məxsus sərnişin təyyarəsinin sağ mühərriki partlayıb.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində mühərrikin parçaları ətrafa dağılıb, Airbus-300B4 tipli təyyarənin şassiləri isə istifadə olunmaz vəziyyətə gəlib. 

Qeyd olunur ki, partlatış təyyarənin uçuşa hazırlaşdığı vaxt baş verib. 

Pilot təyyarəni saxlamağa müvəffəq olub. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi