​Atasına 8 bıçaq zərbəsi vuran 15 yaşlı oğlanın cinayət işinin istintaqı başa çatıb

​Atasına 8 bıçaq zərbəsi vuran 15 yaşlı oğlanın cinayət işinin istintaqı başa çatıb İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Hadisə
16 Fevral , 2016 17:50
​Atasına 8 bıçaq zərbəsi vuran 15 yaşlı oğlanın cinayət işinin istintaqı başa çatıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda atasını bıçaqlayan şəxsin cinayət işinin istintaqı başa çatıb.

“Report”un xəbərinə görə, 2000-ci il təvəllüdlü Samid Məmmədovun törətdiyi cinayət hadisəsi üzrə Suraxanı Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hadisə 2015-ci ilin iyul ayının 25-də gecə saat 23:00 radələrində Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. 2000-ci il təvəllüdlü Samid Məmmədov atası Ağarəhim Rəhimovu bıçaqlayıb.

Belə ki, S.Məmmədov evə sərxoş vəziyyətdə gələn atası A.Rəhimovun bacısı Şəlalə Məmmədovanı əsassız yerə danlamasını, daha sonra sillə vurmasını qəbul etməyib. Buna əsəbləşən S.Məmmədovla atası arasında münaqişə baş verib. Nəticədə o, mətbəx bıçağı ilə A.Rəhimovun bədəninə 8 bıçaq zərbəsi endirib.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına vaxtında çatdırılıb. A.Rəhimova tibbi yardım göstərildiyindən, onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi