Azərbaycanda ata oğlunu bıçaqlayıb

Azərbaycanda ata oğlunu bıçaqlayıb Hüquq-mühafizə orqanlarının əməkdaşları Niyazi Ağayevi tutub
Hadisə
22 Avqust , 2015 12:10
Azərbaycanda ata oğlunu bıçaqlayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Ağcabədi rayonunda ata oğlunu bıçaqlayıb. "Report" xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, Niyazi Ağayev övladı Fərhad Ağayevə bıçaqla sol qarın nahiyəsindən iki dəfə xəsarət yetirib. 

Zərərçəkən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Niyazi Ağayev isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Son xəbərlər

Orphus sistemi