Astarada yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb - FOTO

Astarada yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb - FOTO Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir
Hadisə
6 İyun , 2016 17:08
Astarada yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb - FOTO

Astara. 6 iyun. REPORT.AZ/ Astara rayonunda Türkiyə vətəndaşı xəsarət alıb. 

Şahidlərin “Report”un Cənub bürosuna verdiyi məlumata görə, hadisəyə yük maşınının aşması səbəb olub. 

Belə ki, Ələt-Astara magistralının Astara rayonu ərazisində yol tikintisində çalışan 1968-ci il təvəllüdlü, əslən Adanadan olan Xəlil Arkalı kəllə-beyin travması və bel nahiyəsində əzilmə diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, hazırda Türkiyə vətəndaşının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi