Astarada qanunsuz odlu silah və narkotik vasitələr gəzdirən şəxslər saxlanılıb

Astarada qanunsuz odlu silah və narkotik vasitələr gəzdirən şəxslər saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır
Hadisə
29 Oktyabr , 2014 15:09
Astarada qanunsuz odlu silah və narkotik vasitələr gəzdirən şəxslər saxlanılıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş narkotiklərlə mübarizə İdarəsinin, Astara Rayon Polis Şöbəsi  (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və onun komplekt hissələrinin saxlanılması və gəzdirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər Astara rayon sakini saxlanılıb. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Saxlanılan şəxslərdən 700 qram narkotik vasitə olan heroin, 100 qr narkotik vasitə amfetamin, 1 kq 380 q narkotik vasitə tiryək, 460 q həşiş qətranı,1 ədəd naqan tipli odlu,1 ədəd pnevmatik tipli silah və 1 ədəd maska aşkar edilərək götürülüb. Astara şəhər sakini, 44 yaşlı Gülxan Əliyevin evinə baxış zamanı 1 ədəd naqan tipli odlu və 1 ədəd pnevmatik silah, 700 qram heroin,1 kq narkotik vasitə tiryək,100 q narkotik vasitə amfetamin aşkar edilərək istintaqa təhvil verilib. Eyni zamanda rayonun Ərçivan və Şahağacı sakinləri Ələddin Məmmədov, İqrar Mirzəyev, Akif Nuriyev, Rəvan Rüstəmov və Abuzər Əhədovdan müxtəlif növdə və çəkidə narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi