Astarada piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyənləşib - YENİLƏNİB

Astarada piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyənləşib - YENİLƏNİB Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
4 May , 2016 18:45
Astarada piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyənləşib - YENİLƏNİB

Bakı. 4 may. REPORT.AZ/ Astarada qəza törədərək piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Zaqatala rayon sakini Samir Aydın oğlu Nadirovdur.

O, qəzanı idarə etdiyi “Hyundai Elantra” markalı, 99 GL 063 dövlət nömrə nişanlı minik avtomobillə törədib.

Sürücü istintaqa cəlb edilib.

*** 18:00

Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə rayonun "Ləvəngi" ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil yolu keçmək istəyən Astara rayon sakini, 54 yaşlı Zahirağa Bağırovu vurub. Ağır bədən xəsarətləri alan Z.Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törədən sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.  

Son xəbərlər

Orphus sistemi