AŞPA prezidenti İlqar Məmmədovla görüşüb

AŞPA prezidenti İlqar Məmmədovla görüşüb Görüş 2 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib
Hadisə
1 Mart , 2016 17:38
AŞPA prezidenti İlqar Məmmədovla görüşüb

Bakı. 1 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Bakıya səfəri çərçivəsində həbsdə olan “REAL” Hərəkatının sədri İlqar Məmmədovla görüşüb.

“Report”un xəbərinə görə, bu barədə AŞPA prezidentinin rəsmi "Twitter" səhifəsində məlumat yer alıb.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Məmmədov apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

O, həbs cəzasını 2 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.

Xatırladaq ki, AŞPA prezidentinin Bakıya səfəri fevralın 29-da başlayıb.

Son xəbərlər

Orphus sistemi