Bərdədə 7 nəfəri gün vurub

Bərdədə 7 nəfəri gün vurub Günvurma ilə müraciət edənlərin çoxu əkin sahələrində çalışan insanlardır
Hadisə
1 İyul , 2015 13:09
Bərdədə 7 nəfəri gün vurub

Bakı. 1 iyul. REPORT.AZ/ Son günlər Aran Qarabağ bölgəsində hava isti keçdiyinə görə günvurma hallarının sayı çoxalıb. Bərdə rayon Təcili Yardım şöbəsindən "Report"a verilən xəbərə görə, son 10 gündə 7 nəfər günvurma ilə bağlı xəstəxanaya müraciət edib.

Şöbənin baş həkimi Adil Cəlahan deyib ki, müraciət edənlərdən yalnız birinin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib: "Digər 6 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Günvurma ilə bağlı müraciət edənlər əsasən orta yaşlı insanlardır". 

Onun sözlərinə görə, hava isti keçdiyi üçün şöbənin həkimləri gücləndirilmiş iş rejimində çalışırlar: "Əvvəlki vaxtlarla müqayisədə indi çağırışların sayı bir qədər artıb. Ən çox müraciət edənlər isə ürək-damar xəstəliyindən əziyyət çəkənlərdir".

Qeyd edək ki, günvurma ilə müraciət edənlərin çoxu əkin sahələrində çalışan insanlardır.

Son xəbərlər

Orphus sistemi