Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2014-cü ilə aid statistik məlumatları açıqlayıb - SİYAHI

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2014-cü ilə aid statistik məlumatları açıqlayıb - SİYAHI Vətəndaşların 3 194 müraciətinə baxıldığını deyən idarə rəisinin sözlərinə görə, 218 cinayət xarakterli material araşdırılıb
Hadisə
15 Yanvar , 2015 10:46
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2014-cü ilə aid statistik məlumatları açıqlayıb - SİYAHI

Bakı. 15 yanvar. REPORT.AZ/ "2014-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4 945 müraciət daxil olub. Həmin müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb". "Report" xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2014-cü il ərzində qurum tərəfindən görülən işlərə dair statistikanı açıqlayarkən bildirib.

Onun sözlərinə görə, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunub və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib: "Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib".

K.Əliyev onu da qeyd edib ki, 2014-cü il ərzində Baş İdarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət edən 807, Baş İdarə rəisi tərəfindən isə 139 vətəndaş qəbul edilməklə ərizələri alınıb, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib.

Baş İdarə tərəfindən vətəndaşların 3194 müraciətinə baxıldığını deyən İdarə rəisi əlavə edib ki, 218 cinayət xarakterli material araşdırılıb: "Həmin cinayət xarakterli materialların 82%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib".

Son xəbərlər

Orphus sistemi