​Arazda batan şəxslərin meyiti tapılıb

​Arazda batan şəxslərin meyiti tapılıb Su Ağdam rayon sakininin meyitini batdığı yerdən 6 kilometr uzağa aparıbmış
Hadisə
2 İyun , 2015 10:44
​Arazda batan şəxslərin meyiti tapılıb

Bakı. 2 iyun. REPORT.AZ/ Araz çayının İmişli rayonu, Məzrəli kəndi ərazisindən keçən hissəsində batan iki nəfərin meyiti tapılıb. “Report”un xəbərinə görə, Məmmədov Anar Gülağa oğlunun meyitini Arazın Sabirabad rayonu hissəsindən balıqçılar çıxarıb. Su Ağdam rayon sakininin meyitini batdığı yerdən təxminən 6 kilometr uzağa aparıbmış.

A.Məmmədovun dostu - Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Şıxəliyev Eldəniz Adəm oğlunun meyiti də tapılıb. Onun meyitinin sudan Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən çıxarıldığı bildirilir.

Qeyd edək ki, A.Məmmədov və R.Çıxəliyev mayın 31-də Araz çayında batıb.

A.Məmmədovun atası Gülağa Məmmədov uzun müddət “Qarabağ” klubunda çıxış edib və 1993-cü ildə komandada administrator kimi çalışıb.

Son xəbərlər

Orphus sistemi