“Araz” zavodundakı partlayışda xəsarət alanlardan daha ikisi xəstəxanadan evə buraxılıb

“Araz” zavodundakı partlayışda xəsarət alanlardan daha ikisi xəstəxanadan evə buraxılıb "Hazırda xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir"
Hadisə
27 İyul , 2016 19:25
“Araz” zavodundakı partlayışda xəsarət alanlardan daha ikisi xəstəxanadan evə buraxılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alanlardan daha ikisi günün sonunda xəstəxanadan evə buraxılıb. 

Bu barədə "Report"a Müdafiə Sənayesi Nazirliyindən bildirilib. 

Məlumata görə, hazırda xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi