Bakı. 18 avqust. REPORT.AZ/ Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına gömrükçülər tərəfindən rentgen aparatı ilə keçirilən baxış zamanı monitorda “beşbarmaq” və dəyənəyin təsvirləri görünüb. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” və 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.