​Anapada ödəmə terminalı oğurlayan azərbaycanlı mühakimə olunacaq

​Anapada ödəmə terminalı oğurlayan azərbaycanlı mühakimə olunacaq Onun barəsində açılan cinayət işi artıq məhkəməyə göndərilib
Hadisə
7 Oktyabr , 2015 08:43
​Anapada ödəmə terminalı oğurlayan azərbaycanlı mühakimə olunacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiyanın Anapa şəhərində əlbir olduğu şəxslərlə birgə satıcının gözü qarşısında ödəmə terminalını mağazadan aparan azərbaycanlının cinayət işinin istintaqı başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Anapa Rayonlararası Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir.

İstintaqın fərziyyəsinə görə, iyulun 13-də üç azərbaycanlı "Ərzaq" mağazasına daxil olaraq, satıcının gözü qarşısında "POS-12" ödəmə terminalını oğurlayıb.

Terminalın dəyəri 112 min rubl olub. Onun içində 47,5 min rublun olduğu bildirilir. Terminal sahibinə 159.5 min rubl məbləğində ziyan dəyib.

Araşdırma zamanı şübhəli şəxslərdən biri Moskvada saxlanılıb. Hazırda ona qarşı qaldırılan cinayət işi məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi