​ANAMA 2 ədəd partlamamış hərbi sursat aşkar edib

​ANAMA 2 ədəd partlamamış hərbi sursat aşkar edib Ötən gün ərzində 32 810 kv. m ərazi təmizlənib
Hadisə
18 İyun , 2016 06:59
​ANAMA 2 ədəd partlamamış hərbi sursat aşkar edib

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik (ANAMA) Füzuli, Ağdam, Tərtər və Tovuz rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, iyunun 17-də 5 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 20 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 85 mm-lik BR-365 top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 32 810 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Cəmilli kəndi – 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb.

Şıxarx kəndi – 4 ev və həyətyanı sahədə, 9 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 22 500 kv. m ərazi yoxlanılıb.

Cəmi: 4 ev və həyətyanı sahə, 1 əkin sahəsi, 14 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilib, nəticə etibarı ilə 28 500 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Qaradağlı kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 000 kv. m ərazi yoxlanılıb.

Cəmi:1 əkin sahəsi, 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 000 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Horadiz şəhəri – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 290 kv. m ərazi yoxlanılıb.

Cəmi:3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2290 kv. m ərazi yoxlanılıb.

Tovuz rayonu

Xatınlı kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (85 mm-lik BR-365K top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 20 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Cəmi:1 ev və həyətyanı sahə, 1 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (85 mm-lik BR-365 top mərmisi) aşkar edilib, nəticə etibarı ilə 20 kv. m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi