ANAMA 16 partlayış yerinə baxış keçirib

ANAMA 16 partlayış yerinə baxış keçirib Gün ərzində 48 885 kv. m ərazi təmizlənib
Hadisə
18 May , 2016 19:56
ANAMA 16 partlayış yerinə baxış keçirib

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Ağdam və Füzuli rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

Agentlikdən “Report”a verilən xəbərə görə, mayın 18-də 7 ev və həyətyanı sahədə, 7 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilib, gün ərzində 48 885 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Əskipara kəndi - 4 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 19 000 kv. m. ərazi yoxlanılıb.

Cəmilli kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 12 700 kv. m. ərazi yoxlanılıb.

Qazyan kəndi - 1 əkin sahəsində 3 partlayış yerinəbaxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 530 kv. m ərazi yoxlanılıb.

Cəmi: 6 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 10 partlayış yerinə baxış keçirilib, 32 230 kv. m ərazi təmizlənib.

Ağdam rayonu

Çəmənli kəndi – 1 ev və həyətyanı sahədə, 2 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 16 000 kv. m ərazi yoxlanılıb.

Cəmi: 1 ev, 4 əkin sahəsi, 4 partlayış yeri aşkar edilib və nəticə etibarilə 16 000 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 655 kv. m ərazi yoxlanılıb.

Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib, nəticə etibarilə 655 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən mayın 18-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 496 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 422 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi