“AN-12” təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədi ailələrinə təhvil veriləcək

“AN-12” təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədi ailələrinə təhvil veriləcək Dövlət Mülki Aviasiya Administrasiyası bu barədə qərar qəbul edib
Hadisə
21 May , 2016 20:13
“AN-12” təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədi ailələrinə təhvil veriləcək

Bakı. 21 May. REPORT.AZ/ Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizasının cari nəticələrinə əsasən, prokurorluq orqanları “AN-12” təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədlərini qohumlarına təhvil vermək barədə qərar qəbul edib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından “Report”a verilən məlumata görə, bunlar Rzayev Nadir, Şahverdiyev Firdovsi və Zülfiyev Azərdir.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi