Bakı. 21 iyul. REPORT.AZ/ Respublikanın altı rayonunda ötən axşam yanğın baş verib. “Report”
Belə ki, Binəqədi rayonunda 10 ha sahədə quru ot yanıb.
Tovuz şəhərində ümumi sahəsi 660 kv.m olan anbarın bir hissəsi yanıb.
Ağstafa rayonunun Poylu qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 6 ha sahədə kol-kos yanıb.
Ağsu rayonunun Padarqışlaq kəndində isə 2,5 ton ot bağlamasının bir hissəsi yanıb.
Oxşar hadisə Kürdəmir rayonunun Şıxımlı kəndində qeydə alınıb. Bu kənddə 14 ton ot bağlaması yanıb.
Nəhayət, Göyçay rayonunun Mırtı kəndində ümumi sahəsi 85 kv.m olan tövlənin dam örtüyü yanıb.