Almaniyada tapılan bomba 20 min nəfərin təxliyəsinə səbəb olub

Almaniyada tapılan bomba 20 min nəfərin təxliyəsinə səbəb olub Bombanın aşkarlandığı ərazinin ətrafında olan məkanlar müvəqqəti bağlanıb
Hadisə
26 May , 2015 19:41
Almaniyada tapılan bomba 20 min nəfərin təxliyəsinə səbəb olub

Bakı. 26 may. REPORT.AZ/ Almaniyanın Köln şəhərində II Dünya müharibəsi dövründən qalan partlamamış bomba 20 min insanın təxliyə edilməsinə səbəb olub. 

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bombanın aşkarlandığı ərazinin ətrafında olan məkanlar müvəqqəti bağlanıb.

Məlumatda bildirilib ki, bomba 1 ton ağırlığındadır. Evlərini tərk edənlər Köln şəhərinin Riehl və Mülheim səmtlərində yaşayanlardır. 

Şəhərin bələdiyyə nümayəndəsi bombanın günortadan sonra məhv ediləcəyini açıqlayıb.

Qeyd edək ki, ötən həftə də Hannover şəhərində partlamamış bomba tapılmış, nəticədə 31 min nəfər təxliyə edilmişdi. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən II Dünya müharibəsi zamanı atılmış bomba zərərsizləşdirilmişdi. 

Son xəbərlər

Orphus sistemi