​Almaniya sakini özünü polislərin gözü qarşısında partladıb

​Almaniya sakini özünü polislərin gözü qarşısında partladıb Hadisə nəticəsində 7 nəfər xəsarət alıb
Hadisə
17 Noyabr , 2014 05:00
​Almaniya sakini özünü polislərin gözü qarşısında partladıb
Bakı. 17 noyabr. REPORT.AZ/ Almaniyanın Homberq şəhər sakini evinin yaxınlığında saxladığı maşında özünü partladıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, hadisə şahidi olan yerli polisin məlumatına görə, insident nəticəsində 7 nəfər xəsarət alıb.

Kişinin intihar etməsinə ailə münaqişəsi səbəb olub. Polis məhz bu səbəbdən qonşuların çağırışı əsasında hadisə yerinə gəlib. Onlar ailə başçısının necə evdən çıxdığını və avtomobilə minərək getdiyinin şahidi olublar. Lakin yarım saatdan sonra o, yenidən qayıdaraq maşını evinin yanında saxlayıb və bu zaman partlayış baş verib.

"Maşından əsər-əlamət qalmayıb, partayış dalğası maşının mühərrikini 30 metr kənara atıb", - deyə polis əməkdaşı Volfqanq Köller bildirib.

Onun sözlərinə görə, yaxınlıqda yerləşən evlərin fasadına da ziyan dəyib. 

Son xəbərlər

Orphus sistemi