Ali Məhkəmənin növbəti Plenumu olub

Ali Məhkəmənin növbəti Plenumu olub Plenumun qərar layihəsi geniş müzakirə olunub
Hadisə
28 Mart , 2016 13:57
Ali Məhkəmənin növbəti Plenumu olub

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti Plenumu olub.

"Report" xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev plenumun iclasında çıxış edərək bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi önəm verilir. Bu, ailə münasibətlərinə də aiddir. Uzun əsrlərdən bəri Azərbaycan ailəsi sabitlik, qarşılıqlı hörmət, valideynlərin uşaqların xoş gələcəyi naminə fədakarlığı, habelə valideynlərə hörmət prinsipləri ilə seçilib. Nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları həm milli qanunvericilikdə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapıb.

Plenumda nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında  Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb. Həmçinin konkret cinayət və mülki işlərə də baxılıb.

Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi