Ağsuda minik avtomobilinin "KAMAZ"a çırpılması nəticəsində 1 nəfər ölüb

Ağsuda minik avtomobilinin "KAMAZ"a çırpılması nəticəsində 1 nəfər ölüb “VAZ” markalı avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib
Hadisə
16 İyul , 2015 03:03
Ağsuda minik avtomobilinin KAMAZa çırpılması nəticəsində 1 nəfər ölüb

Bakı. 16 iyul. REPORT.AZ/ Ağsu rayonunun ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdlü Salmanov Mirsəlim Mirzəağa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 23:40-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi