Ağstafadan Bakıya gələn sərnişin qatarı daşa basılıb, 2 nəfər yaralanıb

Ağstafadan Bakıya gələn sərnişin qatarı daşa basılıb, 2 nəfər yaralanıb Hadisə qatar Şəmkir rayonu ərazisindən keçərkən baş verib
Hadisə
24 Yanvar , 2016 19:40
Ağstafadan Bakıya gələn sərnişin qatarı daşa basılıb, 2 nəfər yaralanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Şəmkirdə bir qrup şəxs Ağstafanın Böyük Kəsik stansiyasından Bakıya gedən sərnişin qatarını daşa basıb.

"Report" xəbər verir ki, hadisə nəticəsində qatarın 14 ədəd şüşəsi sınıb, 6 nəfər isə zərər görüb.

Gecə saatlarında baş verən xoşagəlməz hadisə Şəmkir rayonu ərazisində Zəyəm stansiyasından 500 metr aralıda qeydə alınıb.

Stansiya növbətçisi Cavanşir Əsədovun verdiyi məlumata görə, Sabirkənd ərazisində bir neçə naməlum şəxs gözlənilmədən Bakı-Qazax-Böyük Kəsik qatarına daş və başqa predmetlər atmağa başlayıb, nəticədə qatar bələdçisi də daxil olmaqla 6 nəfər zərər çəkib.

Hadisə yerinə dərhal Şəmkir Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Zərərçəkənlərdən 3-nün həyəcandan vəziyyəti pisləşib, onlara sakitləşdirici həblər verilib, qatar bələdçisi və 2 nəfər - 19 yaşlı Aynurə Nəbiyeva və 39 yaşlı Fuad Daşdəmirovun xəsarətləri ciddi olduğundan həkimlər yaralılara stansiyada yardım göstəriblər. Sonuncu iki nəfər atılan daşlardan bədən xəsarətləri alıb.

Qeyd edək ki, qatar bir qədər geciksə də, sərnişinlər paytaxta rahat şəkildə yola düşə biliblər. Hüquq-mühafizə orqanları hadisəni törədənlərin axtarışını davam etdirir.

Son xəbərlər

Orphus sistemi