​Ağstafada mağazadan oğurluq edilib

​Ağstafada mağazadan oğurluq edilib Son iki ayda Poylu kəndində 10-a yaxın marketdən oğurluq edilib
Hadisə
8 Mart , 2016 17:39
​Ağstafada mağazadan oğurluq edilib

Bakı. 8 mart. REPORT.AZ/ Ağstafa rayonunun Poylu kəndində ərzaq mağazasından oğurluq edilib.

"Report"un xəbərinə görə, Oqtay Osmanova məxsus obyektə arxa hissədən dəmir barmaqlıqları qoparıb, pəncərəni sındırmaqla daxil olan oğrular 500 manat dəyərində tütün, içki məmulatları götürüblər. Mağaza sahibi təxminən bir ay öncə marketi qarət edənlərin 270 manat nağd pul apardığını, bu dəfə isə pul olmadığından bahalı içkilər, siqaretlər götürdüklərini bildirib.

Qeyd edək ki, son iki ayda Poylu kəndində müxtəlif ərazilərdə yerləşən 10-a yaxın marketdən oğurluq edilib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi