Ağstafada mağazadan oğurluq olub - FOTO

Ağstafada mağazadan oğurluq olub - FOTO Oğrular nağd pul tapa bilmədiklərindən əsasən bahalı içkilər, şokalad və digər ərzaqları aparıblar
Hadisə
6 May , 2016 17:30
Ağstafada mağazadan oğurluq olub - FOTO

Bakı. 6 may. REPORT.AZ/ Ağstafada oğurluq hadisəsi baş verib. 

"Report"un məlumatına görə, rayonun Qırılı kəndində magistral yolun ətrafında fəaliyyət göstərən obyektə gecə saatlarında daxil olan şəxs və ya şəxslər 50 manat pul və 500 manat məbləğində ərzaq malları götürüblər. 

Mağaza sahibi Azər Allahverdiyev səhər saatlarında obyekti açmağa gələrkən qalın zəncirin və kilidin qırıldığını və marketin soyulduğunu görüb. 

Zərərçəkənin sözlərinə görə, oğrular nağd pul tapa bilmədiklərindən əsasən bahalı içkilər, şokalad və digər ərzaqları aparmağa nail olublar.

Son xəbərlər

Orphus sistemi