Ağstafada mağaza qarət edilib

Ağstafada mağaza qarət edilib Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
20 May , 2016 15:57
Ağstafada mağaza qarət edilib

Bakı. 20 may. REPORT.AZ/ Ağstafada mağaza qarət edilib. "Report"un xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində, İlkin Qarayeva məxsus obyektdə baş verib.

Mağaza sahibi hava yağmurlu olduğundan satış mərkəzini vaxtından tez bağlayıb, səhər saatlarında isə mağazanın qarət edildiyi xəbərini eşidib.

Qarətin gecə saat 3 radələrində olduğu bildirilir.

Oğurluq zamanı qonşu obyektin təhlükəsizlik kameraları hadisəni lentə alıb.

İlkin Qarayevin obyektindən 300 manat dəyərində danışıq kartları və müxtəlif içkilər, tütün məhsulları götürülüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi