Ağstafada evdən 25 min dollar, 3 min manat və 30 min manat dəyərində qızıl əşyalar oğurlanıb

Ağstafada evdən 25 min dollar, 3 min manat və 30 min manat dəyərində qızıl əşyalar oğurlanıb Oğurluğu törədən Qazax sakini tutulub
Hadisə
10 May , 2016 10:51
Ağstafada evdən 25 min dollar, 3 min manat və 30 min manat dəyərində qızıl əşyalar oğurlanıb

Bakı. 10 may. REPORT.AZ/ Ağstafada evdən 25 min ABŞ dolları və 3000 manat pul, habelə 30000 manat dəyərində qızıl əşyalar oğurlanıb. "Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon sakini Mahirə Əhmədovanın evindən 25 000 ABŞ dolları və 3000 manat pul, habelə 30000 manat dəyərində qızıl əşyalar oğurlamış Qazax rayon sakini Samir Mürşüdov tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi