Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində baş vermiş partlayışda ağır xəsarət alan şəxs Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
"Report"un Qərb bürosunun məlumatına görə, bədəninin 80 faizindən çox hissəsi yanan Bakı şəhəri, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər xəsarət alıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb. Digərlərinin müalicəsi davam etdirilir.
Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, fərdi evdə baş vermiş partlayış nəticəsində 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu, 1985-ci il təvəllüdlü Rzayeva İradə Zakir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Soma Emin qızı, 2002-ci il təvəllüdlü Məmmədli Məryəm Ramin qızı, 1995-ci il təvəllüdlü Qasımlı Soldoz Ramiz qızı və 2 yaşlı oğlan uşağı xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb.
Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.