Bakı. 29 mart. REPORT/ Ağstafa rayonunda 57 yaşlı kişini elektrik cərəyanı vurub. "Report"un məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.
Ağstafa rayonunun Xılxına kənd sakini, 1959-cu il təvəllüdlü Əsədulla Bağırovu elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edək ki, Ə.Bağırov Ağstafa rayon Paylayıcı Elektrik Şəbəkəsində montyor vəzifəsində çalışıb.
Faktla bağlı araşdırmalara başlanıb.