​Ağdaş yol polisinin keçirdiyi reyd zamanı 9 sürücü saxlanılıb

​Ağdaş yol polisinin keçirdiyi reyd zamanı 9 sürücü saxlanılıb Reyd zamanı toy karvanında olan maşınların sürücülərinin avtoxuliqanlıq etmələri aşkarlanıb
Hadisə
30 May , 2016 18:58
​Ağdaş yol polisinin keçirdiyi reyd zamanı 9 sürücü saxlanılıb

Bakı. 30 may. REPORT.AZ/ Ağdaş yol polisinin əməkdaşları qayda pozan sürücülərə qarşı reyd keçirib. “Report”un xəbərinə görə, reyd zamanı bir necə sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə qaydalarının pozulması, qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədlərinin qaydasinda olmayan sürücülər aşkar edilib.

Reyd zamanı doqquz sürücü avtoxuluqanlıq etdiyinə görə saxlanılıb. Habelə reyd zamanı toy karvanında olan maşınların sürücülərinin avtoxuliqanlıq etmələri aşkarlanıb. Yol polisləri tərəfindən dəfələrlə “saxla” əmri verilsə də, onlar buna məhəl qoymayıblar. Avtomobillər saxlanılaraq sürücülər barəsində tədbir görülüb.

Yol polisi tərəfindən saxlanılan sürücülər isə qayda pozuntularına görə özlərinə haqq qazandıraraq bunun toy adəti olması ilə əsaslandırıblar.

Saxlanılan 8 sürücü barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən 18 gün, bir sürücü barəsində isə 15 gün müddətinə inzibati qaydada həbs və 1 il sürücülük hüququndan məhrumetmə qərarı verilib.

Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi